Aynur Vəliyeva

DSC_0061

Aynur Vəliyeva

Akademik Fəaliyyətlər üzrə Vitse-Prezident

“Akademik fəaliyyətlər” ELSAda geniş qollardan biridir və üzvlərin praktiki biliklərinin artırılmasında yaxından kömək olur.

Mən, Aynur Vəliyeva, 2017/2018-ci illər üzrə ELSA Azərbaycanda Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti vəzifəsini icra edirəm. Hüquqşünaslıq ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 3-cü kurs tələbəsiyəm.
ELSA Azərbaycanda bir il ərzində Akademik Fəaliyyətlər komandasında və hazırda göstərdiyim fəaliyyət dövründə hər keçən ay, həftə, hətta gün ELSA ruhunu daha da yaxından hiss etməyə yardımçı olur. ELSA ilə təşkilatçılıq qabiliyyətimi daha da təkmilləşdirmiş, yeni mühit, yeni dostlar qazanmışam.
“Akademik fəaliyyətlər” ELSAda geniş qollardan biridir və üzvlərin praktiki biliklərinin artırılmasında yaxından kömək olur. Bu komandanın bir hissəsi olmağın yaratdığı həvəslə, onun inkişafı üçün işlər görmək mənim üçün əsas prioritetlərdən biridir.
Geniş ELSA şəbəkəsinin üzvü olmaq isə çox gözəldir.