Ağa Dadaşzadə

img_aga

Ağa Dadaşzadə

Seminarlar və Konfranslar üzrə Vitse-Prezident

ELSA-da yeni nailiyyətlər, uğurlar, geniş dünya görüşü və səmimi dostluqlar qazandım.

Mən, Dünyamalıyeva Nurlana Yasif qızı 1994-cü il oktyabr ayının 7-də Naxçıvan şəhərində anadan olmuşam. 2012-ci ildə 7 saylı tam orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universiteti hüquq fakültəsinə qəbul olunmuş, 2012-ci il 1 sentyabr tarixli Prezident fərmanı ilə “Prezident Təqaüdçüsü” adına layiq görülmüşəm. Hal-hazırda Bakı Dövlət Universiteti hüquq fakültəsi 4-cü kurs xüsusi ingilis qrupunun tələbəsiyəm.

ELSA ilə tanışlığım 2013-cü il sentyabr ayına təsadüf edir, həmin vaxtdan etibarən ELSA Azərbaycan tərəfindən təşkil olunan bir çox tədbirlərə maraq göstərmiş və iştirakçı, eyni zamanda, təşkilatçı kimi çıxış etmişəm. 2014-cü il oktyabr ayından ELSA Azərbaycanın idarə heyətinə qoşulmuş, yeni dostlar qazanmış və zəngin təcrübə əldə etmişəm.

Hal-hazırda 7 iyun 2015-ci il tarixində keçirilmiş seçkilərin nəticəsi olaraq Seminar və Konfranslar üzrə vitse-prezident kimi fəaliyyət göstərirəm.

Events