Abbas Qarayev

img_abbas

Abbas Qarayev

Baş Katib

Qarşıdakı bir il ərzində idarə heyətimizlə böyük işlər görəcəyimizə inanıram.

1995-ci ildə Beyləqan şəhərində anadan olmuşam. 2001-ci ildə 145No-li məktəbə daxil olmuş, daha sonralar təhsilimi 214No-li məktəbdə və Heydər Əliyev adına liseyde davam etdirmişəm. 2012-ci ildə Heydər Əliyev adına liseyi bitirmiş və elə həmin ildə də Bakı Dövlət Universitetinə daxil olmuşam.

2014-cü ilin oktyabr ayında ELSA Azerbaijan-nın idarə heyətinə STEP officer olaraq cəlb olunmuşam. Bu vaxtdan etibarən isə təşkilatın fəaliyyətində yaxından iştirak etməyə başlamışam. 2015-ci ilin fevral ayında “IPM Baku” tədbirinin təşkilat komitəsində yer almış, həmçinin ELSA Azərbaycanın keçirdiyi birçox tədbir və seminarlarda iştirak etmiş və eyni zamanda “Milli Məclis Simulyasiyası” layihəsinin qalibi olmuşam. “ICM Cluj-Napoka” da Azərbaycanın nümayəndə heyətində ölkəmizi təmsil etmişəm. Nəhayət, 2015 ci ilin iyun ayında V Hesabat-Seçki Konfransında ELSA Azərbaycanın Baş Katibi vəzifəsinə seçilmişəm.

ELSA Azərbaycanın Baş Katibi kimi bu il təşkilatımıza üzv olan şəxlər və idarə heyəti ilə daimi əlaqədə olmaq, təşkilatın fəaliyyətinə yaxından kömək etmək, üzvlərin fəallığını təmin etmək, digər təşkilatlarla olan əlaqələrin  genişləndirilməsi və qarşılıqlı maraqlara uyğun olaraq əməkdaşlıq fəaliyyətinin genişləndirilməsi, təşkilatın daha da tanınması və auditoriyasının genişlənməsi bu il qarşıma qoyduğum məqsədlər sırasındadır.

Qarşıdakı bir il ərzində idarə heyətimizlə böyük işlər görəcəyimizə inanıram.