Səhnələşdirilmiş məhkəmə prosesi tələbələrə hüquqi biliklərini təkmilləşdirməyə , nəzəriyyədə əldə etdikləri bilikləri praktikada tətbiq etməyə yardim edən akademik bir müsabiqədir. Bu müsabiqə həm milli həm də beynəlxalq səviyyədə keçirilir. Beynəlxalq səviyyədə hər il iki müsabiqə təşkil olunur ki, bunlar ticarət hüququ və insan hüquqlari üzrə olur. Milli səviyyədə isə ЕLSA Azərbaycan olaraq hər il respublika çərçivəsində əmək, mülki, cinayət işləri üzrə müsabiqə təşkil edirik. Hər bir hüquq tələbəsi müsabiqədə iştirak edərək bu sahədə böyük təcrübə əldə edə bilər.