Konstitusiyaya təklif olunan dəyişikliklərin hüquqi təhlili

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi – ELSA Azərbaycan tərəfindən 18 sentyabr tarixində Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərin hüquqi təhlili mövzusunda panel müzakirə keçirilmişdir. Tədbirdə müxtəlif universitetlərdən 150-yə yaxın hüquq tələbəsi iştirak etmişdir.

Son vaxtlar cəmiyyətimizdə müzakirə olunan ən aktual məsələlərdən biri də Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan üçüncü dəyişikliklərdir və ELSA Azərbaycan olaraq məsələyə dair peşəkarların rəyinin tələbələrə çatdırılması zərurətinin olduğunu anladıq. Tədbirin keçirilməsində əsas məqsəd dəyişikliklərin yaranma səbəbləri və hüquqi əsasları barəsində gənc hüquqşünas tələbələri aydınlatmaq və onlarda bu barədə yaranan suallara əsasən müzakirə aparmaq olmuşdur. Panel müzakirədə spiker qismində Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak etmiş, dəyərli fikirlərini bölüşmüş və tələbələrin suallarını cavablandırmışlar.

14352610_1335394239824848_6143138530400890934_o

14361443_1335393999824872_6770547778698206715_o

14324361_1335394236491515_1969312681450758258_o

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *