Avropa hüquqşünas Tələbələr Assosiasiyasının nizamnaməsinə əsasən layihələrimiz əsasən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir.

* Hüquqi debatlar

* Hüquqi araşdırma qrupları

* Essey müsabiqələri

* Səhnələşdirilmiş məhkəmə (Moot Court)

* Nəşrlər

* Seminarlar

* Konfranslar

* Təhsil səfərləri

* Panel müzakirələr

* Hüquq məktəbləri ilə əməkdaşlıq

* Praktika və Tələbə mübadiləsi (STEP)

* Beynəlxalq Toplantılar (İnternational Presidents’ Meeting, International Council Meeting)

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasıın Azərbaycan nümayəndəliyi fəaliyyət istiqamətləri sırasına bu çərçivədən müəyyən qədər ayrılan, özünəməxsus layihə əlavə etmişdir- ELSA TEA. Layihənin mahiyyəti ondan ibarətdir ki, fəallığı ilə seçilən ELSA üzvləri Azərbaycanın ictima-siyasi həyatının müxtəlif sahələrində özünü təsdiqləmiş şəxslərlə çay süfrəsi arxasında səmimi söhbət edir. Müxtəlif məsələlər qeyri-rəsmi müzakirə edilir. ELSA TEA layihəsindən faydalanmaq üçün bir ay öncədən bu barədə üzvələrə elan verilir. Və onlar müraciət məktubunu support@elsaazerbaijan.org elektron poçt ünvanına göndərirlər. Bizə daxil olan müraciət məktubları əsasında biz ELSA Tea’də iştirak edəcək şəxsləri seçirik.