TV Formatında Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi

14362689_1335449206486018_5260826782525890654_o
ELSA Azərbaycan təşkilatı tərəfindən artıq 6-cı ildir ki, təşkil olunan və ənənəvi hal alan Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi bu akademik fəaliyyət ilində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə ilk dəfə olaraq TV formatında keçiriləcək.

Başlayır

11 February 2017 - 10:00

Bitir

19 March 2017 - 13:00

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

Dəyərli üzvlər!
ELSA Azərbaycan təşkilatı tərəfindən artıq 6-cı ildir ki, təşkil olunan və ənənəvi hal alan Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi bu akademik fəaliyyət ilində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə ilk dəfə olaraq TV formatında keçiriləcək. Artıq iştirakçılar öz hüquqi biliklərini inkişaf etdirməklə qalmayıb, həm də bunu yüzlərlə tamaşaçının qarşısında nümayiş etdirmək şansı qazanacaqlar.
Televiziya formatında Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin əsas məqsədi iştirakçılara milli qanunvericilik sahəsində yeni biliklər və məhkəmə sahəsində təcrübə qazandırmaqdır. Həmçinin iştirakçılar məhkəmə prosesləri zamanı düzgün məhkəmə çıxışını öyrənərək bu sahədə böyük təcrübə qazanacaqlar.
Müsabiqədə yalnız ikinci və daha yuxarı kurs hüquq tələbələri (bakalavr və magistr) iştirak edə bilər.
Komanda iki nəfərdən ibarət olmalıdır.
C Ə D V Ə L
02.12.2016 – Yarışmanın elan olunması
01.02.2017 – Qeydiyyat üçün son tarix
05.02.2017 – Qeydiyyatı uğurlu olan şəxslərə təsdiq mailinin: müsabiqə zamanı analiz edilməsi tələb olunan keysin göndərilməsi və müsahibəyə çağrılması
18.02.2017 – Müsahibə
20.02.2017 – Proseslərdə iştirak haqqı qazanan ən yaxşı 8 komandanın elan olunması
23.02.2017 – iştirakçılara materialların və keysin göndərilməsi
25.02.2017, 26.02.2017 -Təlimlərin keçirilməsi
05.03.2017 – 1/4 final. Ən yaxşı 4 komandanın müəyyən olunması
10.03.2017 – 1/2 final. Ən yaxşı 2 komandanın müəyyən olunması
19.03.2017 – Final. Qaliblərin elan olunması

MÜKAFATLAR
1-ci yeri tutmuş komanda: 800 AZN
2-ci yeri tutmuş komanda: 400 AZN
3-cü yeri tutmuş komanda: 200 AZN

 

DAHA ƏTRAFLI

Email

mootcourts@elsaazerbaijan.org

Qeydiyyat üçün son tarix - 01.02.2017

Qeydiyyatdan keç

Leave a Reply

Your email address will not be published. Required fields are marked *