"Sığorta İşi" mövzusunda təlim

telim
Dəyərli dostlar, ELSA Azərbaycan sizi 21 oktyabr (şənbə günü), saat 11:00-da baş tutacaq “Sığorta işinin təşkili” adlı təlimə dəvət edir!

Başlayır

21 October 2017 - 11:00

Bitir

21 October 2017 - 13:00

Ünvan

Fabrika Coworking Center   Xəritəyə bax

Dəyərli dostlar,

ELSA Azərbaycan sizi 21 oktyabr (şənbə günü), saat 11:00-da baş tutacaq “Sığorta işinin təşkili” adlı təlimə dəvət edir!

Təlim ərzində aşağıdakı məsələlərə toxunulacaq:

1. Giriş hissə:
1) Sığorta nədir və bizə nə üçün lazımdır; 2) Sığortanın inkişaf yolları;
3) Sığortanın funksiyaları;
4) Sahibkarlıq fəaliyyətində sığorta təminatına tələbatın artması;
5) Azərbaycanda sığorta

2. Əsas hissə:
1) Sığorta bazarı anlayışı və onun strukturu;
2) Azərbaycan Respublikasının sığorta qanunvericiliyi; 3) İcbari və könüllü sığorta;
4) Sığortanın sahələri və sığorta məhsulu;
5) Sığorta sistemi və sığorta bazarının iştirakçıları. Sığortaçının statusu; 6) Sığortanın əsasları. Sığorta riski və onun idarə edilməsi;
7) Sığorta müqaviləsinin hüquqi əsasları;
8) Sığorta biznesinin aparılması. Anderraytinq prosesi;
9) Sığorta vasitəçiliyi fəaliyyətinin hüquqi əsasları; 10) Sığorta işinə dövlət nəzarəti;
11) Sığortada vergi məsələləri;
12) Sığortada əsas anlayışlar, o cümlədən beynəlxalq sığorta terminləri

3. Nəticə:
1) Sığorta bazarının dinamik inkişafında əsas amillər;
2) Müştərilər sığortaçını hansı göstəricilərinə görə seçməlidirlər;
3) Dünya sığortasından maraqlı məlumatlar; 4) Sığorta xidməti və sığorta iddiaları ilə bağlı maraqlı əhvalatlar;
5) İştirakçıların suallarının cavablandırılması Təqdimatın yekunlaşdırılması.

Təlimçi qismində “AZSIĞORTA” ASC-də baş təlimçi – Şükür Hüseynov və 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr, 2015-2017-ci illərdə Dövlət İdarəçilik Akademiyasında magistr dərəcəsi almış – hüquqşünas Şəhriyar Həbilov çıxış edəcəkdir.

İştirak hüququ qazanan hər bir şəxsə sertifikat veriləcəkdir!
Təlimdə iştirak ELSA Azərbaycan üzvləri üçün ödənişsizdir. Qeyri-üzvlər üçün isə 5 AZN iştirak haqqı nəzərdə tutulmuşdur.
İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsi ilə məlumat veriləcəkdir!

Qeydiyyat üçün link: https://goo.gl/forms/Zj9KzzYXHTDuyi563

Təlim üçün son qeydiyyat tarixi: 17.10.2017, saat 20:00

Son qeydiyyat tarixi: 17.10.2017, saat 20:00

Qeydiyyatdan keçin

13 − three =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 8 =