Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi

səhnələşdirilmiş məhkəmə müsabiqəsi
Hər il ELSA Azərbaycan tərəfindən həyata keçirilən Moot Court Competition (səhnələşdirilmiş məhkəmə müsabiqəsi) Azərbaycan Respublikası Məhkəmələrinin simulyasiyasıdır.

Başlayır

01 February 2016

Bitir

01 February 2016

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

Hər il ELSA Azərbaycan tərəfindən həyata keçirilən Moot Court Competition (səhnələşdirilmiş məhkəmə müsabiqəsi) Azərbaycan Respublikası Məhkəmələrinin simulyasiyasıdır. Bu müsabiqənin keçirilməsində əsas məqsəd hüquqşünas tələbələrə məhz praktiki bilikləri aşılamaq və onları əyani olaraq məhkəmə proseslərinin gedişatı ilə tanış etməkdən ibarətdir. Nəzərinizə çatdıraq ki, bu il təşkil olunacaq Moot Court müsabiqəsində ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 1-ci kursda təhsil alan tələbələr istisna olmaqla, qalan bütün hüquq tələbələri (qeyd: yalnız hüquq tələbələri ) iştirak edə bilərlər. Proseslər Bakı şəhərində fəaliyyət göstərən şəhər/rayon məhkəmələrində təşkil olunacaqdır. Proseslərə tam ədalətli və obyektiv hakimlər və hüquqşünas müəllimlər sədrlik edəcək. Müsabiqə test imtahanı ve məhkəmə proseslərinin təşkil olunması üzrə iki mərhələdən ibarət olacaq.

M Ü K A F A T

1-ci yer – 400 AZN
2-ci yer – 200 AZN
3-cü yer – 100 AZN

Q A Y D A L A R

1. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2 nəfərdən ibarət komanda yaradaraq qeydiyyatdan keçməlidir.
2. Müsabiqədə ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 1-ci kursda təhsil alan hüquq tələbələri istisna olmaqla, digər bütün hüquq tələbələri iştirak edə bilərlər.
3. Müsabiqə 2 mərhələdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxslər, ilk növbədə, test mərhələsində iştirak etməlidirlər.
4. Birinci mərhələdə müvafiq balı toplayan komandalar 2-ci mərhələyə keçmək üçün haqq qazanacaqlar.
5. Test mərhələsində komandaların hər 2 üzvü ayrı-ayrılıqda test suallarını cavablandıracaq və onların hər ikisinin verdiyi düzgün cavabların sayı toplanaraq ümumi komanda balı kimi hesablanacaq.
6. Test sualları hüququn müxtəlif sahələrini əhatə edəcəkdir.
7. İlk mərhələdə eyni balı toplayan komandalara son nəticəni müəyyənləşdirmək məqsədilə əlavə suallar veriləcək.
8. İkinci turda məhkəmə prosesləri keçiriləcək. Bu tur 1/8, 1/4, yarı final və final mərhələlərindən ibarət olacaq. Hər mərhələdə komandalar çıxışları üzrə hakimlər tərəfindən müvafiq ballarla qiymətləndiriləcək.
9. Əgər 2-ci turun hər hansı bir mərhələsində eyni sayda xal toplamış komandalar olarsa, bu zaman 1-ci turun nəticələri 2-ci turun müvafiq mərhələsinin nəticələri ilə toplanacaq və daha yüksək xala sahib olan komanda seçiləcək.
10. Verilmiş kazusa mahiyyəti üzrə aidiyyatı olmayan sübutların məhkəməyə təqdim olunması qadağandır.
11. Proses ərzində Mülki və Cinayət prosessual məcəllələrinin (xüsusilə də CPM-nin 339-343; MPM-nin 106, 149, 150, 155, 176, 192, 195, 210 və 211-ci maddələrinin) tələblərinə ciddi əməl olunmalıdır.
12. Proses ərzində tərəflərin hər ikisinin məhkəmə çıxışının müddəti 20, replika hüquququndan istifadə müddəti 5 dəqiqədən cox olmamalıdır.

Qeydiyyat üçün son tarix 1 Fevral

Qeydiyyatdan keç

Leave a Reply

Your email address will not be published. Required fields are marked *