Korporativ hüquq və Hüquqi yazı mövzusunda Hüquq Kursu

16665145_1509524332411837_1276749168364460263_o
ELSA Azərbaycan tərəfindən ilk dəfə olaraq həyata keçiriləcək "Hüquq kursu" layihəsi hüquqşünas tələbələrin hüququn konkret bir sahəsi daxilində interaktiv formada təşkil olunan təlimlərdə iştirak etməklə nəzəri və praktiki biliklərə yiyələnməsi məqsədini daşıyır. Hüquq kursunun mövzusu sorğu əsasında "Korporativ hüquq və Hüquqi yazı" müəyyən olunmuşdur.

Başlayır

25 February 2017

Bitir

25 February 2017

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

Əziz gənclər,
ELSA Azərbaycan tərəfindən ilk dəfə olaraq həyata keçiriləcək “Hüquq kursu” layihəsi hüquqşünas tələbələrin hüququn konkret bir sahəsi daxilində interaktiv formada təşkil olunan təlimlərdə iştirak etməklə nəzəri və praktiki biliklərə yiyələnməsi məqsədini daşıyır. Hüquq kursunun mövzusu sorğu əsasında “Korporativ hüquq və Hüquqi yazı” müəyyən olunmuşdur və 25 fevral – 25 mart tarixlərində təşkil olunacaqdır. Təlimçilərimiz qismində Baker&McKenzie hüquq firmasının vergi, maliyyə ,bank və korporativ hüququ üzrə rəhbəri, hüquqşünas Altay Mustafayev və Remells hüquq firmasında işləyən, “Korporativ hüquq” kitabının müəllifi Emin Kərimov olacaqdır. Kursun sonunda iştirakçıların mövzunu mənimsəmə səviyyəsini müəyyən etmək məqsədilə kazuslarla iştirakçıların mövzu daxilində bilikləri yoxlanılacaq və ən yüksək akademik göstəricisi olan şəxs Ekvita hüquq firmasında bir aylıq təcrübə imkanı qazanacaqdır.

Kurs ELSA Azərbaycanın üzvləri üçün pulsuz olacaqdır. Qeyri üzvlər hüquq kursunda iştirak edəcəyi təqdirdə 20 AZN ödəməli olacaqdır. Yalnız kursun 75%-lik hissəsində iştirak edənlərə sertifikat veriləcəkdir.

 

DAHA ƏTRAFLI

Email

vpaa@elsaazerbaijan.org

Qeydiyyat üçün son tarix: 20 FEVRAL

Qeydiyyatdan keç