Hüquqi Debat Turniri

Legal Debate (Event photo)
ELSA Azərbaycan tərəfindən 2-ci dəfə Hüquqi Debat Turniri təşkil olunacaqdır.

Başlayır

04 November 2017

Bitir

05 November 2017

Əziz gənclər,
Vaxtınızı dəyərləndirmək, daha səmərəli keçirmək, yeni bacarıqlar əldə etmək və möhtəşəm bir layihənin iştirakçısı olmaq istərdiz? Elə isə bu fürsət sizin üçündür!

ELSA Azərbaycan tərəfindən 2-ci dəfə yeni və faydalı layihələrdən hesab olunan Hüquqi Debat Turniri təşkil olunacaqdır. Hüquqi Debat layihəsinin həyata keçirilməsində məqsəd kimi gənclərin hüquqa, hüquqi maarifləndirməyə marağının artırılması, natiqlik və analizetmə qabiliyyətlərinin inkişaf etdirilməsi, problemlərin həlli üçün effektiv qərar qəbul etmək bacarıqlarının aşılanması müəyyən olunmuşdur.
Siz layihədə iştirak edərək aşağıdakı bacarıqlara yiyələnəcəksiniz:
– Müəyyən bir mövzu ətrafında geniş məlumat əldə etmək və onu sistemləşdirərək praktikada tətbiq etmək;
– Araşdırma qabiliyyətini və komandada işləmək bacarığını inkişaf elətdirmək;
– Ünsiyyət bacarıqlarını, auditoriya qarşısında öz fikir və arqumentlərini sərbəst şəkildə irəli sürmək qabiliyyətini inkişaf etdirmək.

Əgər debat oynamamısınızsa, debat qaydaları haqqında məlumatınız yoxdursa narahat olmayın. İlk növbədə “Hüquqi debatın formatı”, “Natiqlik sənəti” mövzusunda təlimlər təşkil olunacaqdır. Növbəti mərhələdə komandalar debat turnirində iştirak edəcəklər.

Layihədə 18-25 yaş arası gənclər 2 nəfərlik komanda şəklində iştirak edə bilərlər. Layihədə iştirak ELSA Azərbaycanın üzvləri üçün pulsuzdur. İştirakçılar ELSA Azərbaycanın üzvü olmadığı təqdirdə, 5 AZN iştirak haqqı ödəməli olacaqdır.

Sonda layihə iştirakçılarına sertifikatlar, ən yaxşı natiqlərə diplomlar, qalib komandalara isə hədiyyələr təqdim olunacaqdir.
1-ci yer: 200 AZN
2-ci yer: 100 AZN

DAHA ƏTRAFLI

Email

academicactivities@az.elsa.org

Qeydiyyat üçün son tarix: 10 OKTYABR, 23:59

Qeydiyyatdan keçin