Erkən nikah və onun fəsadları mövzusunda forum

ELSA Events
Forum həm hüquqşünas, həm də həkim - psixoloqun iştirakı ilə həyata keçiriləcəkdir. Hər iki nümayəndənin iştirakı mövzuya müxtəlif aspektlərdən yanaşmağa, erkən nikahın doğurduğu mənfi nəticələri daha yaxşı analiz etməyə yardımçı olacaqdır.

Spiker:

img_ayisha
Ayişə Əfəndiyeva
Akademik Fəaliyyətlər üzrə Vitse-Prezident

Başlayır

20 February 2016 - 00:00

Bitir

27 February 2016 - 23:30

Ünvan

Alovsat Guliyev 116, Baku, Azerbaijan   Xəritəyə bax

Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur. Problemin əhəmiyyətini və aktuallığını nəzərə alaraq ELSA Azərbaycan “Erkən nikah ve onun fəsadları” mövzusunda forum təşkil edir. Forumun həyata keçirilməsində məqsəd erkən nikahın yaratdığı mənfi nəticələri göstərmək, problemin həllinə gəncləri cəlb etmək, problemə və onun doğurduğu nəticələrə qarşı duyarlılığı artırmaqdır.

Forum həm hüquqşünas, həm də həkim – psixoloqun iştirakı ilə həyata keçiriləcəkdir. Hər iki nümayəndənin iştirakı mövzuya müxtəlif aspektlərdən yanaşmağa, erkən nikahın doğurduğu mənfi nəticələri daha yaxşı analiz etməyə yardımçı olacaqdır. Təlimin sonunda isə qruplar şəklində mövzu ətrafında müzakirə təşkil olunacaqdır.
Qeyd etmək istəyirik ki, ELSA Azərbaycan tərəfindən 20 fevral- 20 mart tarixləri çərçivəsində İnsan hüquqları aylığı təşkil olunacaqdır ki,”Erkən nikah ve onun fəsadları” mövzusunda keçirilən forum həmin layihənin tərkibində nəzərdə tutulmuşdur. İnsan hüquqları aylığının təşkil olunmasında məqsəd gənclərin insan hüquqlarına diqqətini cəlb etmək, bu sahədə maariflənmə, qayğı və yardıma ehtiyacı olan şəxslərə dayaq olmaqdır.

Tədbirdə iştirak etmək üzvlərimiz üçün pulsuzdur. Qeyri-üzvlər üçün isə iştirak haqqı 5 manatdır.

Son qeydiyyat tarixi: 25 fevral