ELSA Lawyers@work - Ombudsman aparatı

work
Bu il ELSA Azərbaycan tərəfindən ilk dəfə həyata keçiriləcək olan “Lawyers@Work” adlı layihə Azərbaycanda təhsil alan bir qrup hüquqşünas tələbələrin gələcəkdə işləmək istədikləri yerlərlə tanış olması üçün təşkil olunur.

Başlayır

10 November 2016 - 15:00

Bitir

10 November 2016 - 17:00

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

Əziz gənclər,
Bu il ELSA Azərbaycan tərəfindən ilk dəfə həyata keçiriləcək olan “Lawyers@Work” adlı layihə Azərbaycanda təhsil alan bir qrup hüquqşünas tələbələrin gələcəkdə işləmək istədikləri yerlərlə tanış olması üçün təşkil olunur. Bu layihənin həyata keçirilməsində əsas məqsəd hüquqşünas tələbələrə məhz müxtəlif sahələrdə praktiki biliklərə yiyələnmiş və kifayət qədər iş təcrübəsi olan mütəxəssislər tərəfindən müvafiq fəaliyyət üzrə görülən işlər barədə məlumatlar verilməsi və onları əyani olaraq həmin iş yerində proseslərin gedişatı ilə tanış etməkdən ibarətdir. Siz il ərzində davamlı olaraq təşkil edəcəyimiz “Lawyers@Work” tədbiri ilə ölkəmizin bir çox dövlət orqanlarını, öndə gedən hüquq firmalarını yaxından tanımaq fürsəti qazanacaqsınız.Layihəmizdə iştirak etməklə nə əldə edəcəksiniz?
– Müxtəlif hüquq müəssisələrində iş prosesi ilə tanışlıq;
– Öz maraq çərçivənizlə seçdiyiniz gələcək fəaliyyət istiqamətini düzgün qiymətləndirmək;
– Qərarlı, öz bilik və bacarıqlarını seçdiyi sahədə səmərəli şəkildə tətbiq edən kadr kimi formalaşmaq;
– Müəssisələrdə işçi heyəti ilə tanışlıq və birbaşa yolla öz suallarını təqdim etməklə praktiki biliklərə yiyələnmək.

Tədbir çərçivəsində ilk səfərimiz Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatına olacaqdır. Tədbir 10 noyabr 15:00 tarixində baş tutacaqdır. İştirakçılarln sayı üçün limit müəyyən olunmuşdur, bu səbəbdən ilk müraciət edən şəxslərə, xüsusilə ELSA Azərbaycanın üzvlərinə üstünlük veriləcəkdir.

Hər hansı sualınız olarsa, vpaa@elsaazerbaijan.org ünvanına müraciət edə bilərsiniz.
Uğurlar !

DAHA ƏTRAFLI

Telefon

+994556132044

Email

vpaa@elsaazerbaijan.org

Müraciət üçün son tarix: 07/Noyabr/2016

Qeydiyyatdan keç