ELSA Lawyers@work - Konstitusiya Məhkəməsi

www
Bu il ELSA Azərbaycan tərəfindən ilk dəfə həyata keçiriləcək olan “Lawyers@Work” adlı layihə Azərbaycanda təhsil alan bir qrup hüquqşünas tələbələrin gələcəkdə işləmək istədikləri yerlərlə tanış olması üçün təşkil olunur. Bu layihənin həyata keçirilməsində əsas məqsəd hüquqşünas tələbələrə məhz müxtəlif sahələrdə praktiki biliklərə yiyələnmiş və kifayət qədər iş təcrübəsi olan mütəxəssislər tərəfindən müvafiq fəaliyyət üzrə görülən işlər barədə məlumatlar verilməsi və onları əyani olaraq həmin iş yerində proseslərin gedişatı ilə tanış etməkdən ibarətdir

Spiker:

img_ayisha
Ayişə Əfəndiyeva
Akademik Fəaliyyətlər üzrə Vitse-Prezident

Başlayır

15 December 2016 - 15:00

Bitir

15 December 2016 - 17:00

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

Əziz gənclər!
Bu il ELSA Azərbaycan tərəfindən ilk dəfə həyata keçiriləcək olan “Lawyers@Work” adlı layihə Azərbaycanda təhsil alan bir qrup hüquqşünas tələbələrin gələcəkdə işləmək istədikləri yerlərlə tanış olması üçün təşkil olunur. Bu layihənin həyata keçirilməsində əsas məqsəd hüquqşünas tələbələrə məhz müxtəlif sahələrdə praktiki biliklərə yiyələnmiş və kifayət qədər iş təcrübəsi olan mütəxəssislər tərəfindən müvafiq fəaliyyət üzrə görülən işlər barədə məlumatlar verilməsi və onları əyani olaraq həmin iş yerində proseslərin gedişatı ilə tanış etməkdən ibarətdir. Siz il ərzində davamlı olaraq təşkil edəcəyimiz “Lawyers@Work” tədbiri ilə ölkəmizin bir çox dövlət orqanlarını, öndə gedən hüquq firmalarını yaxından tanımaq fürsəti qazanacaqsınız.Layihəmizdə iştirak etməklə nə əldə edəcəksiniz?
– Müxtəlif hüquq müəssisələrində iş prosesi ilə tanışlıq;
– Öz maraq çərçivənizlə seçdiyiniz gələcək fəaliyyət istiqamətini düzgün qiymətləndirmək;
– Qərarlı, öz bilik və bacarıqlarını seçdiyi sahədə səmərəli şəkildə tətbiq edən kadr kimi formalaşmaq;
– Müəssisələrdə işçi heyəti ilə tanışlıq və birbaşa yolla öz suallarını təqdim etməklə praktiki biliklərə yiyələnmək.

Tədbir çərçivəsində ikinci səfərimiz Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə olacaqdır. Tədbir 15 dekabr 15:00 tarixində baş tutacaqdır.
Qeyd: İştirakçıların sayı üçün limit müəyyən olunmuşdur, bu səbəbdən birinci səfərimizdə iştirak edə bilməyən və ilk müraciət edən şəxslərə, xüsusilə ELSA Azərbaycanın üzvlərinə üstünlük veriləcəkdir.

 

DAHA ƏTRAFLI

Email

vpaa@elsaazerbaijan.org

Müraciət üçün son tarix: 10/Dekabr/2016

Qeydiyyatdan keç