ELSA Hüquqi Debat Turniri

14522805_1351022478262024_3925325105714609683_n
ELSA Day Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının ən vacib beynəlxalq tədbirlərindən biridir. Bu il yenidən 43 ölkədə bütün yerli qruplar bu layihənin həyata keçirilməsi üçün birgə işləyəcək. Tədbirin məqsədi hər il eyni bir gündə insan hüquqlarının təbliği məqsədilə tədbirlərin təşkil olunmasıdır. Əziz gənclər, ELSA Azərbaycan tərəfindən ELSA Day tədbiri çərçivəsində Hüquqi

Başlayır

31 October 2016 - 00:00

Bitir

26 November 2016 - 00:00

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

ELSA Day Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının ən vacib beynəlxalq tədbirlərindən biridir. Bu il yenidən 43 ölkədə bütün yerli qruplar bu layihənin həyata keçirilməsi üçün birgə işləyəcək. Tədbirin məqsədi hər il eyni bir gündə insan hüquqlarının təbliği məqsədilə tədbirlərin təşkil olunmasıdır.

Əziz gənclər,
ELSA Azərbaycan tərəfindən ELSA Day tədbiri çərçivəsində Hüquqi Debat təşkil olunacaqdır. Beləliklə, siz həm beynəlxalq tədbirin, həm də Hüquqi Debat layihəsinin iştirakçısı olmaq şansı qazanacaqsınız. Hüquqi Debat layihəsinin həyata keçirilməsində məqsəd kimi gənclərin hüquqa, hüquqi maarifləndirməyə marağının artırılması, natiqlik və analizetmə qabiliyyətlərinin inkişaf etdirilməsi, problemlərin həlli üçün effektiv qərar qəbul etmək bacarıqlarının aşılanması müəyyən olunmuşdur.
Siz layihədə iştirak edərək aşağıdakı bacarıqlara yiyələnəcəksiniz:
– Müəyyən bir mövzu ətrafında geniş məlumat əldə etmək və onu sistemləşdirərək praktikada tətbiq etmək;
– Araşdırma qabiliyyətini və komandada işləmək bacarığını inkişaf elətdirmək;
– Ünsiyyət bacarıqlarını, auditoriya qarşısında öz fikir və arqumentlərini sərbəst şəkildə irəli sürmək qabiliyyətini inkişaf etdirmək.
Komanda iki nəfərdən təşkil olunacaqdır. İlk növbədə “Hüquqi debatın formatı”, “Natiqlik sənəti” mövzusunda təlimlər təşkil olunacaqdır. Növbəti mərhələdə komandalar debat turnirində iştirak edəcəklər.
Layihədə 18-25 yaş arası gənclər iştirak edə bilərlər. Layihədə iştirak ELSA Azərbaycanın üzvləri üçün pulsuzdur. İştirakçılar ELSA Azərbaycanın üzvü olmadığı təqdirdə, 5 AZN iştirak haqqı ödəməli olacaqdır.

Turnirin cədvəli:
Təlimlər: 12-13 noyabr
1-ci mərhələ: 19 noyabr
2-ci mərhələ: 20 noyabr
Final oyunu: 26 noyabr
Mükafatlandırma mərasimi: 30 noyabr

Sonda layihə iştirakçılarına sertifikatlar, qalib komanlara isə hədiyyələr təqdim olunacaqdır.
1-ci yer: 200 AZN
2-ci yer: 100 AZN

Hər hansı sualınız olarsa, vpaa@elsaazerbaijan.org ünvanına müraciət edə bilərsiniz.

Uğurlar!

Qeydiyyat üçün son tarix - 30 Oktyabr

Qeydiyyatdan keç