ELSA Azərbaycan Hüquq Jurnalı

Law review third edition
Əziz tələbələr! Düşüncələrinizi paylaşmağın ən asan və səmərəli yolu olan ELSA Azərbaycan Hüquq Jurnalı bu il də hüququn müxtəlif sahələri və maraqlı sferaları üzrə məqalə qəbulunu elan edir.

Başlayır

22 November 2017 - 20:00

Bitir

05 February 2018 - 23:59

Əziz tələbələr!
Düşüncələrinizi paylaşmağın ən asan və səmərəli yolu olan ELSA Azərbaycan Hüquq Jurnalı bu il də hüququn müxtəlif sahələri və maraqlı sferaları üzrə məqalə qəbulunu elan edir.

QAYDALAR VƏ ŞƏRTLƏR

Preambula

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA – the European Law Students’ Association) dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. ELSA Avropanın 43 ölkəsinin 300-dən çox universitetindən olan 50,000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşünası özündə birləşdirir.
2010-cu ildə hüquq tələbələrinin təşəbbüsü ilə ELSA Azərbaycan qeyri-hökümət təşkilatının əsası qoyulmuşdur. Artıq beş ildir ki, fəaliyyət göstərən ELSA Azərbaycan təşkilatı hüquqşünas tələbələr və gənc hüquqşünaslar arasında kifayət qədər geniş nüfuza və tələbə şəbəkəsinə sahibdir. Təşkilatın başlıca məqsədi hüquqşünas tələbələrin dərsdən kənar asudə vaxtlarını səmərəli keçirməsinə yardım etməkdir.
ELSA Azərbaycan öz məqsədlərinə çatmaq üçün ildə bir dəfədən çox olmayaraq Hüquq Jurnalı çap edəcəkdir. Jurnalı çap etməkdə məqsəd ölkədəki hüquqşünaslıq ixtisası tələbələrinin hüquqi düşüncələrini genişləndirmək, onların hüquqi yazı qabiliyyətlərini artırmaq və maarifləndirməkdir. Jurnalın əsas auditoriyası kimi yalnız hüquq fakültələrinin tələbələri deyil, eyni zamanda gənc və praktiki hüquqşünaslar da nəzərdə tutulmuşdur.

Məqsəd və vəzifələr

Jurnalın əsas məqsədi hüquqşünaslıq sahəsində oxuyan və hüquq sahəsinə marağı olan tələbələrin mütaliə meylinin və həvəsinin gücləndirilməsi, ölkənin hüquq sahəsində elmi və praktik baxımdan mübahisəli və ümdə məsələləri barədə məlumata malik olmasının təmin edilməsi və hüquqşünaslıq ixtisasında oxuyan tələbələrin, gənc hüquqşünasların elmi araşdırmalarının, mövqelərinin və şərhlərinin geniş hüquq ictimaiyyətinə çatdırılmasından ibarətdir.
Jurnalın vəzifəsi hüquqşünaslıq sahəsində təhsil alan tələbələrin biri-biri ilə qiyabi olaraq tanışlığının, onlarla təcrübi hüquq işçiləri arasında bu və ya digər formada elmi kontaktın qurulmasının və ölkədə, eləcə də dünyada baş verən hüquqi yeniliklərlə bağlı məlumatlandırılmanın təmin edilməsindən ibarətdir.
Jurnalın fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
1. Məqalələr, elmi araşdırmalar, mövqelər, şərhlər;
2. Tanınmış hüquqşünaslar və hüquq peşəsində çalışan şəxslərdən alınan müsahibələr;
3. Hüquq sahəsi üzrə ölkə ərazisində və dünyada baş verən müxtəlif hadisə və hərəkətlər barədə məlumatlar;
4. Hüquq sahəsi üzrə milli və beynəlxalq məhkəmə aktlarının çap edilməsi.

Qaydalar və şərtlər

1. Hər bir hüquq tələbəsi və ya gənc hüquqşünas (praktiki fəaliyyətlə məşğul olmayan və ya yeni başlamış) Jurnala çap olunması üçün məqalə göndərə bilər;
2. Siyasi və dini xarakterli bütün mövzular istisna olmaqla, mövzu seçimi müəlliflərin öz öhdəliyinə buraxılır;
3. Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur;
4. Yazıların həcmi minimum 2000 söz – maksimum 25000 sözü əhatə etməlidir;
5. Məqalələr Times New Roman 12 şrifti, 1.5 ara ilə yazılmalıdır;
6. İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə göstərilməklə qeyd olunur.
Məs: F.Mehdiyev “Nəzəriyyə və təcrübədə İnsan hüquqları”, Bakı-2009, s.125;
7. Məqalələrin qəbulunu Jurnalın redaktorları aparır. Seçim kriteriyası əsasında məqalənin akademik keyfiyyəti durur;
8. Məqalələr qəbul olunduqdan sonra redaktorlar tərəfindən Jurnalın konsepsiyasına uyğun olması üçün kiçik dəyişikliklər edilə bilər. Əgər redaktorlar tərəfindən hər hansı dəyişiklik və ya irad olarsa, bu barədə müəlliflərə məlumat verilir;
9. Jurnalda məqalələrlə yanaşı, yeni nəşr olunmuş kitablardan çıxarışlar, ölkənin görkəmli hüquqşünaslarının, Avropa hüquq sferasında kifayət qədər təcrübəsi olan ekspertlərin fikirləri, eyni zamanda dövlət orqanı nümayəndələrinin gəncləri maraqlandıran hüquqi məsələlər üzrə müsahibələrinin də öz əksini tapması nəzərdə tutulur.

DAHA ƏTRAFLI

Email

lawjournal@elsaazerbaijan.org

Məqalə qəbulu üçün son tarix - 5/Fevral/2017

Qeydiyyatdan keçin

eight + four =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − five =