Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

Event photo
Hörmətli tələbələr, ELSA Azərbaycan tərəfindən üçüncü dəfədir təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasına artıq qeydiyyat başlamışdır.

Başlayır

10 December 2017 - 11:00

Bitir

10 December 2017 - 15:00

Hörmətli tələbələr,
ELSA Azərbaycan tərəfindən üçüncü dəfədir təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasına artıq qeydiyyat başlamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Tələbələr təşkil olunan təlimlər sayəsində Avropa İnsan Hüquqları Məhkəməsinin strukturunu və Konvensiyanın maddələrini, Məhkəmədə Şifahi Çıxış qaydalarını və Avropa İnsan Hüquqları Məhkəməsinə Müraciətlərin yazılmasını öyrənəcəklər. Yarışma sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmayacaq, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərdən keçirib, onları təhlil və analiz etmək, yerli qanunvericiliklə AİHM-nin presedent hüququnun uzlaşmasını və müqayisəsini aparmaq imkanı əldə edəcəklər. Həmçinin bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində həyata keçirildiyini və qərarların hansı meyar və əsaslara görə qəbul edildiyini mənimsəmiş olacaqlar.
Keçirilən sorğuya əsasən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası Azərbaycan dilində keçiriləcək (64.3%).

İŞTİRAKÇILARA QOYULAN TƏLƏBLƏR:

1. 4 noyabr 2017-ci il 23:00 tarixinədək qeydiyyatdan keçməlidirlər;
2.AİHM Simulyasiyasında yalnız hüquq tələbələri (həm magistr, həm də bakalavr) iştirak edə bilər;
3. Qeydiyyatdan uğurla keçmiş şəxslər “Şifahi” mərhələyə keçmək üçün müraciətlərini (memoriallar) (həm ərizəçi, həm də cavabdeh) 23 noyabr 2017-ci il 23:00 tarixinədək mootcourts@az.elsa.org elektron ünvanına göndərməlidirlər;
4. Komandalarınızı yaradanda (komanda 2 nəfərdən ibarət olmalıdır) və qeydiyyatdan keçəndə nəzərə alın ki, ötən illərdə AİHM Simulyasiyasının yarımfinal vә final mərhələlәrindә iştirak etmiş komandalar eyni tərkibdə müsabiqәyә qatıla bilmәz.

C Ə D V Ə L:

30.09.2017 – Yarışmanın elan olunması
04.11.2017 – Qeydiyyat üçün son tarix
06.11.2017 – Qeydiyyatdan uğurla keçmiş şəxslərə materialların və kazusun göndərilməsi
11.11.2017 – Təlim: Avropa İnsan Hüquqları Konvensiyası və Məhkəməsi
12.11.2017 – Təlim: Müraciətlərin yazılması və Məlumat Kitabçası
18.11.2017 – Təlim: Kazuslarla iş və Şifahi Çıxışın qurulması
23.11.2017 – Müraciətləri (Memorialı) göndərmək üçün son tarix (23:00)
28.11.2017 – Proseslərdə iştirak haqqı qazanan ən yaxşı 16 komandanın elan olunması
02.12.2017 – 1/8 final. Ən yaxşı 8 komandanı müəyyən olunması
03.12.2017 – 1/4 final. Ən yaxşı 4 komandanın müəyyən olunması
10.12.2017 – 1/2 final. Ən yaxşı 2 komandanın müəyyən olunması. Final. Qaliblərin elan olunması

MÜKAFATLAR:

1-ci yeri tutmuş komanda – 500 AZN
2-ci yeri tutmuş komanda – 250 AZN
3-cü yeri tutmuş komanda – 100 AZN

Qeydiyyat üçün son tarix - 04.11.2017

Qeydiyyatdan keçin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *