Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

14362689_1335449206486018_5260826782525890654_o
Dəyərli üzvlər, ELSA Azərbaycan tərəfindən ikinci dəfədir təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasına artıq qeydiyyat başlamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Yarışma sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmayacaq, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin

Başlayır

03 December 2016 - 10:00

Bitir

10 December 2016 - 14:00

Ünvan

Bakı, Azərbaycan   Xəritəyə bax

Dəyərli üzvlər,
ELSA Azərbaycan tərəfindən ikinci dəfədir təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasına artıq qeydiyyat başlamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Yarışma sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmayacaq, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərdən keçirib, onları təhlil və analiz etmək, yerli qanunvericiliklə AİHM-nin presedent hüququnun uzlaşmasını və müqayisəsini aparmaq imkanı əldə edəcəklər. Həmçinin bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində həyata keçirildiyini və qərarların hansı meyar və əsaslara görə qəbul edildiyini mənimsəmiş olacaqlar. Eyni zamanda milli səviyyədə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası, ELSA-nın Beynəlxalq Nümayəndəliyi (ELSA International) tərəfindən təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası (European Human Right Moot Court Competition) formatında keçirildiyindən EHRMCC-a qatılmaq üçün hazırlıq rolunu oynayır və tələbələrin yarışın beynəlxaq variantında iştirakına təkan verir.

Keçirilən sorğuya əsasən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası Azərbaycan dilində keçiriləcək.

İştirakçılara qoyulan tələblər:
1. 15 noyabr 2016-cı il 00:00 tarixinədək qeydiyyatdan keçməlidirlər.
2. AİHM Simulyasiyasında yalnız ikinci və daha yuxarı kurs hüquq tələbələri (həm magistr, həm də bakalavr) iştirak edə bilər.
3. Qeydiyyatdan keçmiş şəxslər növbəti mərhələyə keçmək üçün yazılı müraciətlərini (həm ərizəçi, həm də müdafiə) 28 noyabr 2016-cı il tarixinədək mootcourts@elsaazerbaijan.org elektron ünvanına göndərməlidirlər.

C Ə D V Ə L
18.09.2016 – Yarışmanın elan olunması
15.11.2016 – Qeydiyyat üçün son tarix
17.11.2016 – Qeydiyyatdan keçmiş şəxslərə materialların və keysin göndərilməsi
19.11.2016 – 20.11.2016 – Təlimlərin keçirilməsi
27.11.2016 – Məhkəmədə natiqlik mədəniyyəti mövzusunda təlim
28.11.2016 – Yazılı müraciətləri göndərmək üçün son tarix
01.12.2016 – Proseslərdə iştirak haqqı qazanan ən yaxşı 16 komandanın elan olunması
03.12.2016 – 1/8 final. Ən yaxşı 8 komandanı müəyyən olunması
04.12.2016 – 1/4 final. Ən yaxşı 4 komandanın müəyyən olunması
10.12.2016 – 1/2 final. Ən yaxşı 2 komandanın müəyyən olunması. Final. Qaliblərin elan olunması

Mükafatlar:
1-ci yeri tutmuş komanda – 500 AZN
2-ci yeri tutmuş komanda – 250 AZN
3-cü yeri tutmuş komanda – 100 AZN

Qeyd. Təlimlərdə iştirak bütün hüquq tələbələri üçün pulsuzdur. Lakin seçimlərdən sonra 1/8 final mərhələsində iştirak haqqı qazanan tələbələr ELSA Azərbaycanın üzvü olmadığı təqdirdə hər biri 5 AZN iştirak haqqı ödəməli olacaq.

Hər hansı sualınız olsa mootcourts@elsaazerbaijan.org ünvanına müraciət edə bilərsiz

Uğurlar!

Qeydiyyat üçün son tarix - 15 Noyabr

Qeydiyyatdan keç

Leave a Reply

Your email address will not be published. Required fields are marked *