Events

ELSA Azərbaycan Hüquq Jurnalı

Free

Düşüncələrinizi paylaşmağın ən asan və səmərəli yolu olan ELSA Azərbaycan Hüquq Jurnalı bu il də hüququn müxtəlif sahələri və maraqlı sferaları üzrə məqalə qəbulunu elan edir.

Saat 10:00
Bakı, Azərbaycan

ELSA Lawyers@work – Ombudsman aparatı

Free

Bu il ELSA Azərbaycan tərəfindən ilk dəfə həyata keçiriləcək olan “Lawyers@Work” adlı layihə Azərbaycanda təhsil alan bir qrup hüquqşünas tələbələrin gələcəkdə işləmək istədikləri yerlərlə tanış olması üçün təşkil olunur.

Saat 15:00
Bakı, Azərbaycan

Hüquqi ingilis dili dərsləri

Free

Sizi ELSA Azərbaycan və LİB Group-un birgə təşkilatçılığı ilə keçiriləcək “Legal English” (“Hüquqi ingilis dili”) kurslarına dəvət edirik!

Saat 10:00
LIB dil kursları (Caspian Plaza, 14-cü mərtəbə)

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası

Free

Dəyərli üzvlər, ELSA Azərbaycan tərəfindən ikinci dəfədir təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasına artıq qeydiyyat başlamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Yarışma sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmayacaq, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərdən keçirib, onları təhlil […]

Saat 10:00
Bakı, Azərbaycan

ELSA Hüquqi Debat Turniri

Free

ELSA Day Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının ən vacib beynəlxalq tədbirlərindən biridir. Bu il yenidən 43 ölkədə bütün yerli qruplar bu layihənin həyata keçirilməsi üçün birgə işləyəcək. Tədbirin məqsədi hər il eyni bir gündə insan hüquqlarının təbliği məqsədilə tədbirlərin təşkil olunmasıdır. Əziz gənclər, ELSA Azərbaycan tərəfindən ELSA Day tədbiri çərçivəsində Hüquqi Debat təşkil olunacaqdır. Beləliklə, siz […]

Saat 00:00
Bakı, Azərbaycan

Erkən nikah və onun fəsadları mövzusunda forum

Free

Forum həm hüquqşünas, həm də həkim - psixoloqun iştirakı ilə həyata keçiriləcəkdir. Hər iki nümayəndənin iştirakı mövzuya müxtəlif aspektlərdən yanaşmağa, erkən nikahın doğurduğu mənfi nəticələri daha yaxşı analiz etməyə yardımçı olacaqdır.

Saat 00:00
Alovsat Guliyev 116, Baku, Azerbaijan