ELSA Azərbaycan Porto Beynəlxalq Şura Toplantısında

ELSA Azərbaycan Porto Beynəlxalq Şura Toplantısında

16-23 oktyabr tarixlərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi – ELSA Azərbaycan Portuqaliyanın Porto şəhərində baş tutan LXX Beynəlxalq Şura Toplantısında iştirak etmişdir. Toplantı zamanıdünyada baş verən aktual dəyişikliklərlə bağlı olaraq miqrasiya hüququ məsələləri, eləcə də ətraf mühitin çirkləndirilməsinə qarşı görüləcək yeni hüquqi addımlar və layihələr müzakirə edilmiş, təşkilata üzv ölkələrin birgə hazırladığı təklif və layihələrə əsasən təşkilatın Statutuna bir sıra dəyişikliklər edilmiş və ELSA Beynəlxalq Nümayəndəliyinin növbəti yeni dönəm Baş Katibliyinə seçkilər keçirilmişdir. Plenar iclas zamanı Avropa Şurasından nümayəndələrlə internet vasitəsilə canlı bağlantı yaradılıb və onlar Avropa Şurası adından təşkilata öz dəstəyini ifadə ediblər. Tədbirdə ELSA Azərbaycan təşkilatını Məhəmməd İsmayılov, Nərmin Əliyeva, Abbas Qarayev, Nadir Mehdiyev, Ayşə Abdel Qadir, Ayişə Əfəndiyeva, Ağa Dadaşzadə, Elvin Əliyev və Nəzrin Əliyeva təmsil etmişlər.

dsc_0025

dsc_0054

dsc_0018

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *