Akademik fəaliyyətlər  hüquqşünas tələbələrə və gənc hüquqşünaslara öyrəndikləri nəzəri bilikləri müxtəlif üsullarla praktiki cəhətdən tətbiq etməyə, müxtəlif  hüquqi mövzular çərçivəsində müzakirə və araşdırmalar aparmağa imkan verir.

Akademik fəaliyyət istiqamətləri  5 kateqoriyada əks olunur:

  1. İnşa müsabiqəsi (Essay Competition)
  2. Hüquqi Araşdırma (Legal Research)
  3. Hüquqi Debat (Legal Debate)
  4. Səhnələşdirilmiş Məhkəmə (Moot Court)
  5. Elsa for Children
  1. İnşa müsabiqəsinin keçirilməsində əsas məqsəd hüquqşünas tələbələri və gənc hüquqşünasları elmi araşdırmalara təşviq etmək və hüquqi yazı bacarıqlarını inkişaf etdirməkdir. Müsabiqə qanunvericilikdə və praktikada aktual olan müvzular çərçivəsində həyata keçirilir.
  2. Hüquqi araşdırma çərçivəsində  hüquqşünas gənclər və tələbələr qruplar şəklində müyyən hüquqi mövzu çərçivəsində müzakirələr aparır və sonda müəyyən nəticəyə gəlirlər.
  3. Hüquqi debat hüquqşünas gənclərin analiz və natiqlik bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.
  4. Səhnələşdirilmiş məhkəmə prosesi tələbələrə hüquqi biliklərini təkmilləşdirməyə, nəzəriyyədə əldə etdikləri bilikləri praktikada tətbiq etməyə yardım edən akademik bir müsabiqədir. Bu müsabiqə həm milli həm də beynəlxalq səviyyədə keçirilir. Beynəlxalq səviyyədə hər il iki müsabiqə təşkil olunur ki, bunlar ticarət hüququ və insan hüquqlari üzrə olur. Milli səviyyədə isə ЕLSA Azərbaycan olaraq hər il respublika çərçivəsində əmək, mülki, cinayət işləri üzrə müsabiqə təşkil edirik
  5. Elsa for Children çərçivəsində məktəb şagirdlərinə öz hüquqlarını öyrətmək, məqsədilə təlimlər təşkil edilir.