Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov ümidvar olduğunu bildirib ki, forum Avropadan və Azərbaycandan olan gənc hüquqşünasların bir-biriləri ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaları üçün gözəl fürsət olacaq.
Avropa Hüquqşünas Tələbələr Assosasiyasının Azərbaycan nümayəndəliyi ölkəmizi Portuqaliyanın Algarve şəhərində keçirilən Beynəlxalq Şura Toplantısında təmsil ediblər.
Nümayəndə heyəti Kamal Cəfərov Türkan Mustafayeva, Gülsəfa Cəfərova, Aynur Hacıyeva, Nuray Rəşidlidən ibarət olan gənc hüquq tələbələri mart ayının 25-dən aprel ayının 1-nə qədər davam edən iclaslar, Plenar Toplantılarda ölkəmizi təmsil ediblər.
Xaricdə yaşamaq və ya işləmək istəyirsinizsə bu imkanıı əldən verməyin!
İki yenii praktika imkanı bu ay üçün sizi gözləyir İsvec və Hollanda.Tələsin ərizə qəbulu üçün son tarixləri ötürməyin!
ELSA Azərbaycan İtaliyanın Palermo şəhərində Beynəlxalq şura toplantısında təşkilatin tam üzvlüyünü əldə edib.
ELSA-nın Azərbaycan nümayəndəliyi 2010-cu ilin oktyabrında Türkiyənin Alanya şəhərində keçirilən 58-ci Beynəlxalq şura toplantısında müşahidəçi üzv statusunu qazanmışdı.
More Articles...
Page 1 of 3



















